Nazpərinin 200 min manat pul tələbi rədd edildi!-MƏHKƏMƏDƏ
Bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi
ilə xalq artisti Nazpəri Dostəliyevanın iddia ərizəsi əsasında
məhkəmə prosesi baş tutub. Bu barədə İlhamə Quliyevanın vəkili
Ceyhun Cəfərov Mövqe.az-a məlumat verib. Qeyd edək ki, Nazpəri
Dostəliyeva iddia edirdi ki, Azərbaycanın və Dağıstanın xalq
artisti, "Şöhrət" və "Şərəf" ordenli sənətkar İlhamə Quliyeva "ATV"
kanalında yayımlanan "Ümid var" verilişində guya onun şərəf və
ləyaqətinə xələl gətirəcək ifadələrdən istifadə edib, şər, böhtan
danışıb. Nazpəri Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə
İlhamə xanım Quliyevadan 200 min manat pul təzminatının tələb
olunmasını istəyirdi. Məhkəmə prosesi zamanı tam sübuta yetirildi
ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanın ünvanına heç bir böhtan,
şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləməyib.
Bununla belə məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin
linqvistik ekpertizaya göndərilməsinə qərar verib. Məhkəmə
prosesində İlhamə xanımın hüquqlarını vəkil Ceyhun Cəfərov və
tanınmış hüquqşünas Habil Vəliyev müdafiə ediblər. Onlar
bildiriblər ki, İlhamə xanım Quliyeva Nazpəri Dostəliyevanın
ünvanına böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq
ifadələr işlətməyib.
Nəzərinizə çatdıraq ki, növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.