Əlaqə Arxiv
news Image
2013.12.23
11:17
| A A A
Roza Zərgərlinin "Maşın"dan ayrılandan sonra ilk açıqlaması: "Bu da, Günelin oyunu idi"

Roza Zərgəli "Möhtəşəm Maşın" şoudan ayrılandan sonra, ilk açıqlamasını verib. Mövqe.az müğənninin fikirlərini olduğu kimi sizə təqdim edir: 

"Güclü oyun idi, iştirakçılarda güclü idi. Çox şükür şounun bütün iştirakçıları ilə münasibətim yaxşıdır və hər kəsə də uğur arzu edirəm. Bəli verlişin 3-cü günündə emosional çıxışım oldu və Günel də bundan yaxşı istifadə edərək, məni efirdə qrup başçısı kimi təqdim etdi və s.  Ancaq hər şeyə münasibətim normaldır, bu da Günelin oyunu idi... Oyunda isə hər şey qəbul olunur. 

Demişdim qaraqan məni çıxartsa incimərəm, incimədim də... Bəli, bir az təəccübləndim. Çünki verlişdən əvvəl söz vermişdi ki, bu gün səni çıxartmayacam. Ancaq onu da qınamıram. Bu da onun oyunu idi.

Hüseynin bu gün Qaraqan haqda söyləməsinə ki, hər kəsi səviyyəsiz adlandırdı və ya xalqa meymunlar lazımdır deməsinə isə qaldıqda... Qaraqan səviyyəsiz heç kəsi adlandırmadı. Əksinə dedi ki, mən elə düşünürdüm ki, şou insanları səviyyəcə aşağı insanlardı, ancaq burada tanıdım ki, yox elə deyilmiş. Yetərincə ağıllı, taktikalı insanlardır. Və dedi ki, bir çoxları şou insanlarını yaxşı tanımır. Bir çoxları efirdə onlardan meymunluq gözləyir. Bəli, 5 ildir əziyyət çəkirəm, qalmaqal etmədən, efirdə axmaq hərəkət etmədən, kimisə alçaltmadan, təhqir etmədən. Ancaq nə olsun?! Dünen şouda söyləməyimdə ki, kaş ki, mən 5 il əvvəl şouya gəlib, sonradan qayıtsa idim səhnəyə boş yerə deyildi. Bəli şou bizləri insanlara daha yaxşı tanıtdı, bir çox insanlar tanıdı.

Qalan iştirakçılara isə uğurlar arzu edirəm. Həyatda güclü olub, oyunda uduzmağı da bacarmaq lazımdır.Əsas odur ki, həyatda uduzmayaq. Hər kəsə uğurlar!". 

Qeyd edək, Roza Zərgərlini oyundan Elxan Zeynallı kənarlaşdırıb. Elxan Zeynallı isə dünən maşından əlini çəkərək gedib. 

Sizin Reklam Yeriniz