Əlaqə Arxiv
news Image
2013.12.23
11:23
| A A A
Sibel Can "Bu mahnını İbrahim Tatlısəs üçün oxdum. Onu elə çox sevirəm ki"

Türkiyənin məşhur müğənnisi Sibel Can, Mayami tətilindən qayıtdıqdan sonra pərəstişkarları ilə görüşüb. 3 saat boyunca həm mahnı oxuyan , həm də musiqinin ritmləri ilə səhnədə rəqs edən müğənni zalı coşdurub. Həmçinin Sibel Can yeni albomunda Halil Sezai ilə oxuduğu düet mahnının klipi üçün də çox yaxında kamera qarşısına keçəcəyini söyləyib. Konsert zamanı tamaşaçıların İbrahim Tatlısesin ifasında eşitdiyi "Kal Benim İçin" adlı mahnisi da səslənib. Mahnını bitirdikdən sonra isə gözəl ifaçı belə çıxış edib: "Bu mahnını İbrahim Tatlısəs üçün oxdum. Onu elə çox sevirəm ki. Allah ona şəfa,güc qüvvət versin. Onun yeri dolmayıb və dolmayacak. İnşallah yaxşılaşacaq və musiqiyə dönəcək. İndi isə bütün alqışlarınızı İbrahim Tatlisəs üçün xahiş edirəm". Qeyd edək ki, Sibel Canın bu sözlərindən sonra təxminən 500 qonaq , Tatlısəsi alqışlayıb.

Sizin Reklam Yeriniz