Əlaqə Arxiv
news Image
2013.12.24
11:31
| A A A
Oksana onu biabır etdi:" Mən belə kişiyə kişi demirəm!"

Rəqqasə Oksana Rəsulova "Möhtəşəm Maşın şou" da şou-biznes əhli arasında baş verən qalmaqallara münasibət bildirib. Mövqe.az-ın məlumatına görə,  rəqqasə sosial şəbəkə vasitəsilə öz istəyi ilə proqramı tərk edən aparıcı Günel Hümbətovaya və Elxan Zeynallıya (Qaraqan) belə dəstək olub:


"Bu gün "Maşın" şouda baş verənlər haqda çoxlu statuslar yazılıb, mən də fikrimi bildirmək istəyirəm. Ay balam, əgər sən kitab oxumamısansa, dünya görüşün sıfırdırsa, məntiqli sözlərə yanaşmırsansa, bunda ayrılarının günahı yoxdur, özünü günahlandır və cəzalandır. Axı soruşarlar, nə vaxt axırıncı dəfə əlinə kitab götürmüsən, onu oxuyub, beynində müzakirə etmisən? Hansı kişiliyə və ya kişiyə yaraşar, kişi sözü verib nəyəsə görə sözündən dönmək? Mən belə kişiyə kişi demirəm! Oradakı qalan iştirakçıların (Vüqarla Çinanı nəzərdə tutmuram), heç biri o maşına layiq deyillər. Mən sizin yerinizə utandım! Mirsalam Mirsalamov düz elədi ki, o şounu tərk etdi, ona görə yox ki, o, orada qalsaydı, nəsə pis şey baş verərdi, mən elə başa düşürəm ki, ayrı şeyi anladı və düz elədi! Amma yerdə qalanlar Günel və "Qaraqan"ın getməyinə sevinsələr,  hoppanıb düşsələr də, biz tamaşaçılar sizə gülürük. Siz elə bildiniz qalib oldunuz, qazandınız nəsə? Günel Hümbətova sən əsl kişi qızısan, Allah sənin atana rəhmət eləsin və anana can sağlığı versin ki, sənin kimi mərd və dürüst qız böyüdüblər, halaldı sənə əzizim. "Qaraqan" sənə iki qat halaldır.  Fəxr edirəm ki, sənin kimi mərd və vicdanlı oğlan var. O qədər saf və tərbyəli insansan ki, başqalarının gözü səni götürmədi. Onlar belə deyil və olmayacaq. Sən heç kimə orada meymun demədin, biz gördük, eşitdik, anladıq, amma onlar başa düşmədi. Mənə elə bu gündən sonra maraqlı olacaq ki, bunlar gör indi bir-birlərini necə qıracaqlar. Maskalar uça-uça necə getdi, vallah onların yerinə utandım. Bunları Oksana Rəsulova kimi yox, bir tamaşaçı  kimi yazıram! Halaldı sizə Günel və "Qaraqan" siz qalibsiniz".

Sizin Reklam Yeriniz