Əlaqə Arxiv
news Image
2013.12.24
15:08
| A A A
Aygün Kazımova sükutunu pozdu
Movqe.az xəbər verir ki, Türkiyədən Bakıya yenicə dönmüş xalq artisti Aygün Kazımova təqdim edəcəyi yeni layihəsi barəsində açıqlama yayıb: "Mən sükutumu bu layihəmlə pozuram. Mənim üçün çox məsuliyyətli, çox vacib, çox önəmli bir layihəni həyat keçirdim. Bir tərəfdən də məni kövrəldən "Azərbaycan bayrağı" adlı bir klipimi təqdim etdim. Mahnının musiqisi Tural Bayraməliyevə, sözləri Zərifə Quliyevaya aiddir. Mahnının aranjemanını Mert Eli İçeli həyata keçirib. Klipin rəhbəri və montajı son kliplərini çəkən şirkətdə montaj olunub. Mən bu klipi "kliplərimin gözü" adlandırardım. Mahnımın adı "Azərbaycan bayrağı" adlandığı üçün təbii ki, klip də vətənimdə çəkilib. Arxiv materiallardan istifadə olunub. Elə buna görə də, Heydər Əliyev fonduna təşəkkürümü bildirirəm. Mənim üçün çox özəl və toxunulmaz olan bu layihə üçün, klipin ərsəyə gəlməsində mənə ən böyük dəstəyi göstərən Elçin Muradova dərin təşəkkürümü bildirirəm. Dəstəyinə görə minnətdaram.
Sizin Reklam Yeriniz