Əlaqə Arxiv
news Image
2013.12.25
17:00
| A A A
Bərən Saat hansı mükafatın sahibi olub?

Türkiyənin "Media Threads" mərkəzinin hazırladığı araşdırmaya görə, ilin aktrisası mətbuatda ən çox diqqət çəkən "İntiqam" serialının baş rolunun qəhrəmanı Bərən Saat olub. Mövqe.az xəbər verir ki, aktrisa haqqında mətbuatda 2733 Xəbər yazılıb. Xəbərlər əsasən aktrisanın serialda canlandırdığı "Yağmur" rolu haqqında olub. Aktrisanın serialda geyindiyi gözəl libaslar təkcə tamaşaçıları yox, media işçilərinin də marağına səbəb olub. Mətbuata ən çox adı çəkilən növbəti aktyor isə "Kurtlar Vadisi Pusu" serialının əvəz olunmaz qəhrəmanı Necati Şaşmaz olub. Onunla bağlı isə 1629 xəbər yazılıb. Siyahının 3-cü pilləsində "ATV" kanalında yayımlanan "Karadayı" serialının baş aktyoru Kənan İmirzalı oğlu yerləşib. Yaraşıqlı aktyor haqqında mətbuatda 1329 xəbər paylaşılıb.

Sizin Reklam Yeriniz