Əlaqə Arxiv
news Image
2013.12.25
17:19
| A A A
Müğənni aparıcını belə təəəcübləndirib-VİDEO

"Əgər mahnı uğur qazanmasaydı və sevilməsəydi klip çəkdirməyəcəkdim. Radio dalğalarında səslənməyə başladığı bir neçə gün ərzində mahnıya 10 mindən çox endirim oldu". Bunu Movqe.az-a açıqlamasında müğənni Elşən Cəfərzadə deyib. O, radio dalğalarında ən çox tələb edilən və ayın hitinə çevrilən "Sev demə" çahnısına çəkdirdiyi klipdən danışıb. Mahnının sözləri Nado, musiqisi sevilən bəstəkar Pərviz Mahmudova məxsusdur: " Bu mahnını oxumağıma səbəb P. Mahmudovun müasir pop-estrada janrında öz sözünü deməsi oldu.  "Sev demə"nin göstəriciləri uğur qazanacağından xəbər verirdi". Kompozisiyaya rejissor Orxan Əli quruluş verib. Klipin çəkilişləri Bakı daxil olmaqla Qəbələ və İsmayıllıda aparılıb. Ekran işində E. Cəfərzadənin tərəf müqabili fotomodel  Nərmin Əliyevadır: " Uğur gətirən mahnıya klip çəkdirmək şərtdiri. Klip maddi və mənəvi baxımdan asan başa gəlmədi. Son dövrlərdə bu üslubda çəkilən kliplərdə adətən, bir və ya iki məkan olur, bizim klipin çəkilişləri 9 məkanda aparılıb. Çox maaliyyə tələb etsə də,  klipdə məkanların çox olması vizual baxımdan gözəl görünür və tamaşaçının gözü yorulmur. Çəkiliş zamanı çox çətinliklərlə qarşılaşdıq. Çox soyuq havada, 6 dərəcə istidə nazik geyimdə çəkilirdik. Qəbələdə Nohurgöldə çəkiliş zamanı qayıq az qala aşmışdı".  "Sev demə" haqqında İran, Ərəb və Türk saytları da məlumat verib və mahnını  saytlara yerləşdiriblər. Klip televiziya kanallarında yayımlanır. Mahnının ANS telekanalının "Günəbaxan" verilişində təqdimatı zamanı isə maraqlı anlar yaşanıb. E. Cəfərzadənin ifasında "Sev demə"ni dinləyən və bəyənən aparıcı İlqar Mikayıloğlu müğənnidən canlı ifa istəyib. "Şur" muğamını oxuyan müğənni aparıcının təəcübünə səbəb olub. estrada janrında oxuyan Elşənin ustalıqla müğam oxumasını görən aparıcı – "mən sadəcə susram" deyə reaksiya bildirib və onu təbrik edib. Xatırladaq ki, E. Cəfərzadə xalq artistləri Əlibaba Məmmədov və Məmmədbağır Bağırzadənin tələbəsi olub. 

Xarici saytlardan olan məlumat, klip və verilişi izləyə bilərsiniz: 



Sizin Reklam Yeriniz