Əlaqə Arxiv
news Image
2012.05.31
12:22
| A A A
"Saqqallı məzun" kimdir? - FOTO
Bu gün “Son zəng”dir!

Movqe.Az xəbər verir ki, bu gün Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış günüdür məktəblərdə "Son zəng" tədbirləri keçirirlər. Bu münasibətlə "Azad Azərbaycan" televiziyasında yayımlanan "Bizim səhər" verilişinin aparıcıları Günel Hümbətova və Azər Şirin özünəməxsus tərzdə efirə çıxıblar. İlk olaraq onların məzun geyimləri diqqət çəkib və onlar veriliş boyu şən zarafatlarıyla məktəb illərini xatırlayıblar. Verilişdə Günel və Azərin qonağı isə müğənni Safura Əlizadə olub. Müğənni də öz növbəsində məzunları təbrik edib və aparıcılara qoşularaq məktəb illərindən yaddaqalan xoş xatirələrini danışıb.

Qeyd edək ki, aparıcılar verilişdən sonra çəkdirdikləri məzun geyimlərində olan şəkillərini "Facebook" sosial şəbəkəsində yayımlayıblar. Günel şəkil ilə bağlı yazdığı şərhdə Azəri "Saqqallı məzun" adlandırıb.

Fuad Mədətov

Movqe.Az



Sizin Reklam Yeriniz