Əlaqə Arxiv
news Image
2013.12.27
11:38
| A A A
İki gün ard-arda tribunaya çıxan jurnalist yenə də Hüseyn Məmmədovu oyundan kənarlaşdıra bilmədi

 "Möhtəşəm maşın" şouda şok anlar yaşanıb. Dalbadal 2 ci dəfə Vüqar Vüqarlı səsverməyə çıxıb və topladığı səs faizi ilə hər kəsi şoka salıb.  87,71% səs toplayaraq yarışmanı davam etdirmək şansı qazanan Vüqar müğənni Samir Piriyevi oyundan uzaqlaşdırıb. Şounun əvvəlindən sonuna kimi öz hədəfini açıqlamayan Vüqar əvvəldən sona kimi ona qarşı "Getsin"ə səs istəyən Hüseyn Hüseynovu oyundan çıxartmayıb. Tribunada son dəqiqələr səs toplayan Vüqar belə bildirb: " Hüseyn dünən mən Aydana bugün isə sənə qalib gəldim.Seçimim Samir Priyevdir. Samir verilişin əvvəlində söylədi ki, səsvermə bitəndən sonra sənin üçün getsinə səs istəyəcəm. İndi mən ona deyirəm: "Gəl, mənim üçün səs istə" .


Verilişə qonaq qismində qatılanlar arasında müğənni Roza Zərgərli də olub. O, yarışmadan öncə V.Vüqarlı isə dost olduğunu, amma oyun müddətində hər zaman repçi Qaraqanı üstün tutduğu üçün onu başa düşmədiyini söyləyib. İfaçının fikrincə, jurnalist dostu R.Zərgərlinin intiqamını Elxan Zeynallıdan almaq əvəzinə, onu dəstəkləməklə yalnış addım atmış olub. 


Qeyd edək ki, iştirakçılardan ikisi Aydanın, ikisi isə Vüqar Vüqarlının şəklini atsa da, oyunun şərtlərinə əsasən, gündəlik gələn səslərə görə, Aydan Axundova öndə olub. O, 100 faiz səs toplayaraq dueldən qalib çıxıb. Bu 100 faiz səsi isə ona Hüseyn Məmmədovun verdiyi bəlli olub. 

Sizin Reklam Yeriniz