Əlaqə Arxiv
news Image
2012.05.31
16:11
| A A A
Ancelina Colidən humanist addım!

Movqe.Az xəbər verir ki, Ancelina Coli kinodan sonra dizayn aləminə qatılmağa hazırlaşır. A.Colinin zərgər dostu Robert Prokop ona ləl-cəvahirat kolleksiyası hazırlamağını təklif edib və aktrisada təklifi qəbul edib. A.Coli bu günlərdə üzərində çalışdığı qızıl kolleksiyasının adını da açıqlayıb: "Style of Jolie". ("Colinin stili")

A.Colinin hazırladığları məhsullar iyulun 15-dən, avqustun 15-nə kimi Monakoda iki böyük oteldə təşkil ediləcək hərracda satışa çıxarılacaq. Əldə olunan gəlir, müharibə zamanı əziyyət çəkən uşaqların təhsil xərclərinə sərf olunacaq. Xeyriyyəçi kimi tanınan A.Coli, "Uşaqlara dəstək olacağım üçün xoşbəxtəm" deyib.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz