Əlaqə Arxiv
news Image
2013.12.29
11:28
| A A A
Ajda Pekkannın başına iş gəlib

Türkiyənin daha bir məşhur müğənnisinin  başı saxta internet hesabı ilə dərdə düşüb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki,şəxsiyyəti naməlum biri "Twitter"də Ajda Pekkanın  adından @ ajdapekkan hesabını açıb. Öz fikirlərini Pekkanın kimi yazan naməlum şəxs saxta hesabı ilə 35-ə yaxın status paylaşıb. Saxta Ajda Pekkan hesabının izləyicisi 75 min nəfərə çatıb. Vəziyyətdən xəbərdar olan  türk popunun superstarı məsləhətçilik şirkəti vasitəsilə sosial mediaya müraciət edəcək. "O saxta. Əsl Ajda mənəm "deyən müğənni, hesabın özünə verilməsini istəyəcək. Superstarın prodüseri DMC baş direktoru Samsun Dəmir də "Ajda Pekkan adıyla açılan twitter hesabı saxta bir hesabdır. Lazımlı hüquqi əməliyyatlar keçiriləcəkdir. Etibar etməyin "xəbərdarlığını edib. 

Sizin Reklam Yeriniz