Əlaqə Arxiv
news Image
2012.05.31
18:22
| A A A
Hülya Avşar açdı sandığı, tökdü pambığı!
Müğənni sirrlərini açıqlayıb

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Hülya Avşar gözəl qalmasının və sonvaxtlar arıqlamağının sirrini açıqlayıb. Bu barədə H.Avşar "Twitter" sosial şəbəkəsindəki şəxsi səhifəsində diyeta sirrlərini yazıb: "Neçə kiloqram verdiyimi soruşanların çox olması səbəbiylə deyirəm ki, hər kəsin söylədiyinə baş qoşmayın. Hər şəxsin özünə görə diyeta resepti və məşğul olacağı idman növləri var. Rəsmən idmana başlayanların artdığını hiss edirəm və bu, çox xoşuma gəlir. İdman xoşbəxt olmağın təməlidir. Uşaqlara verilə biləcək ən gözəl şey idmandır. Dörd yaşından sonra idmanla məşğul olmaq sağlamlıqdır. Uşaqlarını idmanla məşğul olmasına qarşı gələn ailələrdə cinayətə meyl daha çox olduğunu düşünürəm".

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz