Əlaqə Arxiv
news Image
2013.12.29
15:00
| A A A
"Kurt Seyit və Şura"serialının yayımlanacağı tarix bəlli olub

Türkiyənin məşhur şirkətlərindən olan "AY Yapım" produsseri olduğu və baş rollarını Kıvanç Tatlıtuğ və Farah Zeynəp Abdullahın canlandırdığı " Kurt Seyit və Şura " nın çəkilişlərini Kartəpədə davam edir. Işdə çətin qış şərtləri və çəkiliş meydançasında yaşanan qəzalara baxmayaraq çəkilişlər dayandırılmır. Rusiyada yaşadıqları həyatdan qopub İstanbula gətirilən iki sevgili Kurt Seyit və Şuranın ehtiras dolu eşq hekayəsini izah edən " Kurt Seyit və Şura ", maraqla gözlənilir.  İlk dəfə bir dövr serialında oynayacaq olan Kıvanç Tatlıtuğ ilə iki il ekranlardan uzaq qalan Farah Zeynəp Abdullah , yeni ilin ilk aylarından etibarən tamaşaçıya nəfəs kəsən bir eşq və macəra təqdim edəcək. Kurt Seyit və Şuranın , səltənət günlərindən Karpatlar cəbhəsinə, Aluştadan işğal altındakı İstanbula , 1920-ci illərin Perasına qədər uzanan macəra dolu səfərləri bir mənada eşqin də səfəri olacaq. Ekranlarda daha əvvəl görmədiyimiz bir masalı izah edəcək olan "Kurt Seyit və Şura " ,  31 dekbardan etibarən "Star TV"də yayımlanacaq.

Sizin Reklam Yeriniz