Əlaqə Arxiv
news Image
2013.12.30
18:58
| A A A
Twitter Əmraha 1 milyon dollar ziyan vurdu
Türkiyəli müğənni Əmrah 1 milyon dollar ziyana düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Tvitterin səhmlərinin kəskin şəkildə ucuzlaşması olub.

Belə ki, şirkətin hissələri 13 faiz ucuzlaşaraq 64 dollara enib. Bir müddət əvvəl Tvitterin 5 milyon dollarlıq səhmini alan Əmrah bununla 1 milyon dollar itirib.

Buna baxmayaraq, müğənninin bu əməliyyatdan əldə etdiyi gəlir daha çoxdur. İndiyədək 3.8 milyon dollar gəlir əldə edən sənətçi ümumilikdə 2.8 milyon dollar "irəli düşüb".
Sizin Reklam Yeriniz