Əlaqə Arxiv
news Image
2014.01.03
13:00
| A A A
Öykü Karayel "Həyatımda çox şey dəyişməyib"

Kıvanç Tatlıtuğ ilə birlikdə çəkildiyi "Kuzey Güney" serialının ilk televiziya layihəsi olan Öykü Karayel, "Televiziya teatrdan çox fərqlidir. O sahədə nə qədər müvəffəqiyyətli ola biləcəyimi bilmirdim. Əvvələr də çətinlik çəkdim. Türkiyənin şərtlərinə baxanda serial çəkməyin çox asan bir şey olduğunu deyə bilməyəcəyəm. Teatr daha asan və dinc bir işdir. Belə fikirləşməyimin səbəbi uzun saatlar iş prosesindən irəli gəlir" deyə vurğulayıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, yanvar ayının ortasından etibarən "Qatil Joe" adlı oyunla teatr səhnəsində çıxış edəcək olan aktrisa, şöhrətlə əlaqədar düşüncələrini isə bu sözlərlə yekunlaşdırıb: "Özümü məşhur olaraq görmürəm. Sanki kişilər şöhrəti qaldırmaqda qadınlara görə daha çox çətinlik çəkirlər. Bu onları daha çox pozur. Mən olduğum kimiyəm. Həyatımda çox şey dəyişməyib. Dəyişən tək şey ayrı bir evdə yaşamaqımdır"deyə müsahibəsini tamamlayıb.

Sizin Reklam Yeriniz