Şəhzadə Mustafanın sonu yaxınlaşır
Yeni il səbəbi ilə bir həftə ekrandan uzaq qalan "Muhteşem Yüzyıl"
serialı yeni bölümü ilə 8 Yanvar çərşənbə axşamı "Star" kanalında
tamaşaçıların qonağı olacaq. Sultan Süleymanın xəbəri olmadan
Barbaros Hayrettin Paşanın qızı ilə evləndiyini öyrənən Süleyman,
İran səfəri əsnasında Şahzadə Mustafa ilə üzləşəcək. Tarixdə də
İran səfəri zamanı öldürülən Şahzadə Mustafanın sonu artıq
yaxınlaşır. Bir neçə bölüm sonra boğularaq seriala vida edəcək olan
Şahzadə Mustafanı yeni bölümdə çətin bir qərar daha gözləyir.