Əlaqə Arxiv
news Image
2014.01.07
11:13
| A A A
Aygün Kazımovanın ad günü partisində qadağa!
 Xalq artisti Aygün Kazımova bu il möhtəşəm ad günü planlaşdırır. Mövqe.az-ın məlumatına görə, müğənninin 26 yanvar tarixində olan ad günü hər il möhtəşəmliyi ilə seçilir. Belə ki, bu il baş tutacaq ad gününün təşkilatçısı prodüsser Tarix Əliyev olacaq. Qalmaqallı prodüser bu dəfə də öz sərt ismarışı ilə hər kəsi təəccübləndirib. Gecə haqqında çox danışmaq istəməsə də, Mövqe.az-a açıqlamasında Tolik gecənin karnaval şəklində keçirələcəyini açıqlayıb: "Divanın ad gününə az qaldı. İndidən şou-biznes nümayəndələrinə (təbii ki, dəvət olunanlara) aiddir ki, hazırlıqlar görülsün. Kimliyindən aslı olmayaraq kimin geyimi uyğun olmasa içəri buraxılmayacaq. Karnaval partidə hər kəs obrazlı şəkildə geyinməlidir. Ad gününün təşkilatı məsələləri isə özümə aiddir.  Geyim ən birinci şərtdir. Yenə də deyirəm, yaxşı və uyğun geyinməyən içəri buraxılmayacaq!!!"
Sizin Reklam Yeriniz