Cazibədar müğənni 15 dəqiqəyə 1,5 milyon manat qazandı
Məşhur müğənni Meray Kerri, Bruney sultanının oğlu şahzadə Azimin
İngiltərədə təşkil etdiyi Yeni il gecəsinə qatılıb. Mövqe.az-ın
xarici KİV-ə istinadən verdiyi məlumatına görə, Londonda təşkil
olunan gecədə Meray cəmi 3 mahnı ifa edib. Səhnədə 15 dəqiqə
olduğu bildirilən müğənni üç mahnısının qarşılığında sultanın
oğlundan təxminən 1,5 milyon manat pul alıb. İddialara görə, Kerri
həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-dan şəxsi təyyarə ilə
İngiltərəyə gətiriliblər.
Gecədə iştirak edən digər məşhurların fotoları da sosial şəbəkədə paylaşılıb və "Nə gecə! Meray Kerri və Diana Ross bizim üçün mahnı ifa edirlər" kimi şərhlər yazılıb.