Cessika Simpsonun yeni görünüşü-FOTO
Yenidən ana olma sevinci yaşayan məşhur müğənni Cessika Simpson hamiləlik zamanı aldığı artıq
kilolarından xilas olub və kameralar önünə
keçib. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, görünüşü ilə
çoxlu sayda bəyənmə yığan Simpson, ikinci hamiləliyində daha
təcrübəli davranaraq yediklərinə diqqət etdiyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran müğənni "Məncə sağlam
olması şərti ilə, bir qadın hamiləykən istədiyini yeməlidir" deyə
müsahibəsini tamamlayıb.