Beyons hamını şoka salıb
Yeni albomu ilə hər kəsi təəccübləndirən dünyaca məşhur müğənni
Beyons, 10 nəfərlik bir qrupla "Sing Sing" adlı məkana gəlib.
Məşhur müğənni, bir otaqdan mahnısının ifa edildiyini eşidib və
rəfiqəsi Kelli Roland ilə birlikdə otağa girib.Mövqe.az xarici
KİV-ə istinadən bildirir ki, bir anda mahnıya qatılan və rəqs
etməyə başlayan müğənniləri ilk əvvəl otaqdakılar tanımayıb. Ancaq
birinin "Nə qədər çox Kelliyə bənzəyirsən" deməsiylə həqiqət ortaya
çıxıb. Qeyd edək ki, Beyons və Roland pərəstişkarlarıyla birlikdə
mahnı oxuyarkən otaqda olan bir başqa adam yataraq bu fürsəti
qaçırıb.