Əlaqə Arxiv
news Image
2014.01.12
11:15
| A A A
Keçmişə ekskursiya edən Nadir göz yaşlarına hakim çıxa billmədi-ŞOK
Nadir Qafarzadənin yeni evindəki qonaqlıqda dəhşətli faktlar üzə çıxdı...

" 22 il olar ailə həyatı qurmuşam. Çox xoşbəxtəm ki, yanımda həyatyoldaşım Sevinc var. Mən ailə quranda nə şou biznes, nə şöhrət, nə də ki, pul var idi. Bir Sevinc var idi, bir də ki, mən" bu sözləri müğənni Nadir Qafarzadə tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan "Qonaqlıq" verlişində etiraf edib. Artıq həm də teleaparıcı kimi fəaliyyət göstərən T. Məmmədqızının suallarını cavablayan zaman Nadir Qafarzadə çox kövrəlib: "Tahirə, sən bura məni ağlatmağa gəlmisən" deyən müğəninin verliş ərzində bir neçə dəfə gözləri dolub. Nadir ailəsinə necə bağlılığından danışıb :" Ailəmə görə ölümə gedərəm. Hər hansı orqanım lazım olsa onlara düşünmədən verərəm. Hətta öləcəyimi bilsəm belə, göz qırpmadan onları xilas edib, özüm ölümü gözə alaram. Sanki məni həyata həyatyoldaşım gətirib. Sevinc olmasa nəfəsim gəlmir. Bir gün anasıgildə qalanda zəng edib deyirəm ki, Seva harda qalmısan gəl də. Çox darıxıram. Çünki o insan mənim heç nəyim olmayanda yanımda olub. Biz çox pis günlər keçirtmişik. Evimizdə siçanlar oyan-bu yana qaçıb. Uşaq yatan yerdə tavandakı deşikdən siçan düşüb. Aclığa dözmüşük. Bir gün qaynatamgili bizə qonaq gəlmişdi. Buz dolabımızda heç nə yox idi. Qaynatam buzdolabına baxmaq istəyəndə Sevinc ona mane oldu. Bildirdi ki, orada ət, balıq, toyuq var. Halbuki toyuğun heç tükü də yox idi. Mən o zaman mühasib işləyirdim. Ancaq məvacibim borclarımı qaytarmağa çatırdı. Çətin günlərimiz çox olsa da dözmüşük və o, mərd qadın məni heç vaxt tək buraxmayıb. Onu necə sevməmək olar? O zaman aclıqdan, çətin şəraitdən iki dünyaya göz açmamış qızlarım həlak oldu. Bəlkə də bu imkanım o zaman olsaydı hər şey fərqli olardı".

Qeyd edək i, "Qonaqlıq" verlişi bazar günü 09:50-də "Space" telekanalında yayımlanır. Layihənin müəllifi teletənqidçi Elçin Əlibəylidir. Verlişin informasiya dəstəyi isə Movqe.az saytına məxsusdur.

Sizin Reklam Yeriniz