Küsülü müğənnilər barışmağa çalışırlar, amma...
Movqe.Az Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, neçə ildir küsülü olan müğənnilər Seren Serengil ilə Gülben Ergen dünən az qala üz-üzə gələcəkdilər. Səhər evindən çıxan S.Serengil və bərbərinə gedən G.Ergenə barışmaq üçün bir-birilərinə jest ediblər. Amma hər birinin jesti baş tutmayıb. Hər iki müğənnilər jurnalistlərə belə deyiblər.
S.Serengil: "Gələn həftə onu axtaracağam".
G.Ergen: "Tüh, kaş, bu işi ayaqüstü bitirseydik".
Fuad Mədətov
Movqe.Az