Əlaqə Arxiv
news Image
2014.01.14
12:18
| A A A
Azərbaycanlı müğənni samanlıqda-FOTO FAKT

Gənc və cazibədar müğənni Afaq Aslanın yaradıcılığında  yenilik var. Müğənninin Movqe.az-a verdiyi məlumata görə, o, sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus "Sənə görə" mahnısına ekran həyatı verib. Yaradıcılığına elə "Sənə görə" ilə start verən müğənni mahnıya yeni nəfəs verərək onun remix variantını lentə alıb. Mahnının yeni versiyasının üzərində isə aranjman ustası Erhan Bayrak çalışıb.


Afaqın adıçəkilən klipinin rejissoru daha öncə "Aysan gecələrimdə" musiqisini ekranlaşdıran Rəhman Əliyev oldu. Klipin operatorluq işi Cavid Orucova həvalə olundu. Müğənninin imici üzərində top-stilist Elnur Həsənov və onun gənc həmkarı Hüseyn çalışıb.


Afaq bu dəfə bundan öncəki klipindən fərqli olaraq soyunmaqdan imtina edib. Səbəbinə isə belə izah gətirib: " "Aysan gecələrimdə" klipimdə açıq-saçıq səhnə çox idi. Tamaşaçıların bir qismi klipi bəyənsə də digəri əksini dedi. Buna tutarlı səbəb kimi isə açıq geyimlərimi göstərdilər. Bu dəfə əksini etdim. Məhz bu klip üçün bir az qapalı geyinmişəm. İndi tamaşaçıların bu klipə reaksiyasını görmək çox maraqlıdır. Ancaq yenə də ümid edirəm ki, işimiz bəyəniləcək".


Onu da qeyd edək ki, müğənni bu klipə görə 250 minlik "Bentley" avtomobilindən imtina edib. Bunun açıqlaması klipin nümayişindən sonra olacaq.



Sizin Reklam Yeriniz