Sinem Kobal Arda Turanla ayrılması barədə açıqlama verib
Türkiyənin gənc aktriası Sinem Kobal keçən həftə dostları ilə "W Lounge" adlı məkanda görüşüb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, dostlarına dərdini danışan aktrisa onun keçmiş sevgilisi Arda Turanla bir gələcək görmədiyini və yaşananlardan sonra geriyə dönüb baxmadığnı söyləyib. Kobal, düşüncələrini bu sözlərlə dilə gətirib. "Çox səbr etdim amma Arda istədiyim kimi biri olmadı. Mənim üçün bu iş bitdi. Artıq ondan soyudum." Qeyd edək ki, Arda qısa müddət əvvəl bir proqramda Sinem Kobal ilə ayrıldığını boynundan ataraq "Sinem mənim başımın tacı" deyib.