Əlaqə Arxiv
news Image
2014.01.15
19:45
| A A A
Acunun sevgilisindən inanılmaz açıqlama
Türkiyənin məşhur aparıcısı, prodüseri, TV8-in sahibi Acun evlilikdən kənar münasibətlərindən bir qız övladı dünyaya gətirən sevgilisi Şeyma Subaşıya hədiyyə olaraq mağaza bağışlayıb.

Milli.Az xəbər verir ki, anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aylıq kirayəsi 20 min lirə olan məkandan gələn pulla ticarəti genişləndirməyi düşünən Şeymanın açıqlamaları da təəccüb doğurub:

"Acun mənimlə evlənəcək. Həyat yoldaşından boşana bilmir, amma mənə söz verib. Qızımı atasız böyütmək istəmirəm".

Acun sevgilisi üçün daha əvvəl də Nişantaşında bir mağaza alıb.

Xatırladaq ki, Zeynəb İlıcalı 2010-cu ildə Acunun Şeyma ilə münasibətlərindən xəbər tutanda "Mənə xəyanət etdi" deyərək boşanmaq üçün məhkəməyə müraciət edib. Amma daha sonra cütlük yenidən barışıb.
Sizin Reklam Yeriniz