Türkiyənin gənc və populyar müğənnilərindən biri, "Athena" qrupunun lideri, "Atena" təxəllüsü ilə tanınan Gökhan Özoğuz dəstəmaz aldığı anda çəkilən fotosunun sosial şəbəkələrdə yayılması, ilə bağlı danışıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, K.Özoğuzun dediyinə görə, 7
yaşından bəri namaz qılır.
"Twitter-də çox başım ağrıdı. Foto ilə bağlı açıqlama məqsədilə
dünən ilk dəfə tvit yazdım. Amma necə davranacağıma qərar verə
bilmədim. Dini inacla bağlı nə isə yazırsan "yaxşı görünməyə
çalışır" deyirlər. Susursan, "niyə danışmır, inancını gizlətməsin"
deyirlər. Kimsəyə açıqlama vermək niyyətində deyiləm", - müğənni
deyib.
O, Twitter-də tanınan
illahiyyatçı Nihat Hatiploğunun "bədənində
döymə olan insanın dəstəmazı
qəbul olunur" dediyi videonu da
paylaşıb.