Əlaqə Arxiv
news Image
2014.01.16
18:27
| A A A
Tolik Röya ilə danışmasa da...
Tolik Röya Ayxan ilə danışmasa da onun uğurlu ifaçı olduğunu inkar etməyib... Movqe.az axşam.az-a istinadən məlumatına görə, 106.3 FM-də yayımlanan "Müleyli" şousuna telefonla bağlanan prodüser mərasim üçün geyimlər seçdiklərini deyib:

"Ad günü mərasiminin təşkilatçısı mənəm. Amma etiraf edim ki, karnaval formasında olma ideyası Afaq Gəncəliyə aiddir. Bunu danmıram. Gəncədə olan zaman dedi ki, Aygün xanımın ad gününü karnaval kimi keçirin. Bizə də maraqlı gəldi. Hazırlıqlar gedir. İstifadə edəcəyimiz parikləri Moskvadan sifariş etmişəm. Çünki onları buradan tapa bilmədik".

Tolik şou-biznesin ən fəal ifaçılarından danışıb. O, xalq artisti Aygün Kazımova və müğənni Röyanın hər ifasının uğurlu alındığını bildirib:

"Bu gün heç kimdən pis danışmayacağam. Həqiqətləri deyəcəyəm. Hazırda ən uğurlu ifaçılar Aygün Kazımova və Röyadır. Onların 15 saniyəlik ifası da sevilir, səs-küy yaradır. Günay İbrahimli özünü tanıtdı, mahnılarının hamısı olmasa da, bəziləri tutdu. Zulfiyyə Xanbabayevanın da bir-iki mahnısı uğurlu olmadı. Amma "Dostum" dueti sevildi. Müğənni Zamiqin də uğurlu çıxışları oldu. Birlikdə çalışdığım Sevda Yahyayevanın iki mahnısı çox bəyənildi".
Sizin Reklam Yeriniz