Əlaqə Arxiv
news Image
2012.06.03
15:30
| A A A
Ajda Pekkan: “İlk dəfə bu il “Eurovision” əla keçdi”
Müğənni təkliflərini də açıqlayıb

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Ajda Pekkan Bakıda təşkil olunan son "Eurovision" mahnı müsabiqəsiylə bağlı danışıb: "İlk dəfə bu il "Eurovision" əla keçdi. Möhtəşəm bir gecə olmuşdu. Müsabiqəni sona qədər izlədim".

A.Pekkan, gələn il Türkiyəni "Eurovision"da təmsil etməsini istədiyi şəxsin adını açıqlayıb. O, Hande Yenerin müsabiqədə iştirak etməsini istəyib. A.Pekkan Hande Yenerin səsinin, performansının və mahnılarının çox yaxşı olduğunu söyləyib: "Hande Yener "Eurovision"a getməlidir. Düşünürəm ki, Hande Yener bizə orada lazımdır. Çünki səsi həqiqətən çox yaxşıdır".

A.Pekkanın digər sürpriz açıqlaması müğənni Atiye ilə bağlı oldu: "Növbəti illərdə də Atiye getsin".

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz