Əlaqə Arxiv
news Image
2014.01.17
13:24
| A A A
Elza Seyidcahan təyyarədə konsert verəcək -ŞOK

Əməkdar artist Elza Seyidcahan yeni layihəsi ilə tamaşaçıları təəccübləndirməyə hazırlaşır.

Müğənni bu dəfə təyyarədə konsert verəcək.

Onun sözlərinə görə, konsertin devizi "Bir millət iki dövlət"dir.

"Bu, ya Türkiyəyə, ya da Avropaya uçuz zamanı baş verəcək. Konserti təyyarə qəzasında həlak olan insanların xatirəsinə həsr edəcəyik. Mahnılarımın hamısı lirik olacaq. Qeyri-adi, dünya ulduzlarını belə heyrətləndirəcək layihədir. Hətta təyyarəyə mahnı da bəstələyəcəm. Konsertdə məni sevən, musiqimi bəyənən insanlar bir araya gələcək".

Geyimlərindən danışan əməkdar artist onların da fərqli olacağını iddia edib:

"Hazırda stilistlər bunun üzərində çalışır. Onların heç bir ideyasına müdaxilə etməyəcəm. Bu libaslar məşhur müğənnilərin diqqətini çəkəcək. Yerli sənətçilərimizdən danışmaq istəmirəm.  Mən indi dünya ulduzları ilə rəqabətdəyəm". (axsam.az)

Sizin Reklam Yeriniz