Türk serialına yeni aktrisa əlavə olunub
"Kanal D" kanalında Nurgül Yeşilçay, Engin Altan Düzyatan, Uğur
Polat, Şükran Oval, Goncagül Sunar və Ahmet Mümtaz Taylanın baş
rollarını canlandıran "Cinayət" serialına yeni aktrisa əlavə
olunub. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, "Aliye" və
"Zerda" seriallarda rol alan Derya Artemel serialın heyətinə daxil
olub.