Məşhur aktyor saçları ilə vidalaşıb-FOTO
Uzun saçlarla gördüyümüz "Hollywood"un məşhur ulduzu Brad Pitt
yeni və qısa saçlarıyla pərəstişkarlarını təəccübləndirib. Mövqe.az
xarici KİV-ə istinadən bildirir ki, yeni filmi "Fury"ki rolu üçün
saçlarını kəsdirmək məcburiyyətində qalan aktyor, bunun öz seçimi
olmadığını bildirib. Qeyd edək ki, Los Angelesdə təşkil edilən
"Prodüserlər Birliyi" mükafat mərasimində Brad Pitt, prodüseri
olduğu "12 Years a Slave" filminə verilən Ən Yaxşı Film Mükafatı
üçün də səhnəyə çıxıb.