Azəri qızı Günel nişanlısından ayrıldımı?
Son zamanlar Vətəndə olan Azəri qızı Günel haqqında müxtəlif fikirlər səslənir. Mövqe.az xəbər verir ki, uzun müddətdir nişanlı olan Günelin hətta nişanlısından ayrılması ilə bağlı xəbərlər də yayılır. Bu xəbərlərə aydınlıq gətirən Günel Azəri həmin fikirləri təkzib edib. Sadəcə başının daha çox yaradıcıllığa qarışdığınını söyləyən Günel tezliklə işlərini bitirib, toy barədə düşünəcəyini də qeyd edib: "Toyun vaxtı uzanır. Ancaq nişanlıma da, ailəmə də söz vermişəm ki, tezliklə işləri yoluna qoyub, bu barədə düşünəcəm".