Əlaqə Arxiv
news Image
2012.06.04
18:05
| A A A
Azərbaycanlı aktrisa Məlahət Abbasova yenidən Azərbaycanda - Foto

Məlumata görə, Türkiyədə yaşayan və fəaliyyət göstərən, Azərbaycanın populyar aktrisası Məlahət Abbasova Türkiyədən geri döndü.

Bu məlumatı təsdiqləmək üçün, Məlahət Abbasovanın özü ilə əlaqə saxladıq. Aktrisa verdiyi açıqlamada məlumatı təsdiqlədi.

"Hal-hazırda Azərbaycanda yeni layihə üzərində çalışıram. Qeyd edim ki, bu layihə Azərbaycanla Türkiyə arasında ortaq bir layihədir. Biz Azərbaycanın tarixindən bəhs edəcək bir film çəkirik. Artıq iyun ayının 9-dan çəkilişlərə başlanacaq.

Biz dünya miqyasında Azərbaycanın tarixini təqdim edəcəyik", - Məlahət Abbasova dedi.

Qeyd edək ki, aktrisa Rasim Balayevlə birgə çalışacaq. Film "Mahmud və Məryəm" adlanır. Xatırladaq ki, M.Abbasova Rasim Balayevlə vaxtı ilə "Sən həmişə mənimləsən" tamaşasında yer almışdı.

İndi isə onlar yeni filmə çəkilirlər. Rasim Balayev yeni çəkiləcək filmdə Axundov rolunu oynayacaq.

Türkan Nadirqızı

Movqe.Az



Sizin Reklam Yeriniz