Əlaqə Arxiv
news Image
2014.01.22
10:52
| A A A
Məşhur müğənni ölümdən döndü

Şənbə günü verəcəyi konsertdən bir gün əvvəl studiyada sabahlayan Türkiyənin məşhur müğənnisi Halil Sezai, heç yatmadan təyyarəyə minərək Vyanaya gedib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, təyyarədən endikdən sonra yuxusu qaçan musiqiçi, konsertə saatlar qalmış Vyana küçələrində gəzib, muzeylərə gedib, şəkillər çəkib. Saat 21.00 də başlayan və iki saat davam edən konsertdən sonra otelə qayıdan Halil Sezai, yata bilmədiyindən, yuxu dərmanı qəbul edib. Səhər müğənninin prodüsseri otağa girdikdə şok olub. Əlləri və üzü şişən, şüuru yerində olmayan müğənnini tələsik xəstəxanaya aparıb. Qeyd edək ki, Halil Sezai içdiyi dərmandan zəhərlənib, və bir gün davam edən müalicədən sonra Türkiyəyə qayıdıb.

Sizin Reklam Yeriniz