Əlaqə Arxiv
news Image
2014.01.23
18:28
| A A A
Müğənnilər yalandan küsülü olduqlarını deyib, gündəmə gəldilər, sonra da...

Xanəndələr İlahə İbadovanın Gülay Zeynalova ilə küsülü, hətta bir müddət əvvəl münaqişə yaşadıqları mövzusunda efirlərin birində sujet yayımlanıb. Bunun ardınca İlahə xanımın telefonları susmayıb. Sənətçini tanıyanlar Gülayla onunu münaqişə yaşadıqlarına təəccüblənərək, müğənninin mövqeyini öyrənməyə çalışıblar. Çaşqınlığı aradan götürən İlah'İbdlı Mövqe.az-a açıqlama verib: 


"Əslində nə Gülay, nə də mən bir-birimiz haqqında xoşagəlməyən ifadə işlətməmişik. Bu günə qədər dost olmuşuq. Bundan sonra da belə olacaq. Konservatoriyada təhsil aldığımız illərdən bir-birimiz tanıyırıq. O zamandan bir neçə musiqiçi ilə dost qalmaqda davam edirik. Hər ikimiz ayrı-ayrı vaxtlarda özündən müştəbeh insanlar haqqında danışmaqla, ümumi fikir bildirmişik. Amma Gülayla mənim dostluğumuza nöqtə qoyduğumuz zənn edilib. Gülay da öz növbəsində efirdə mənimlə münasibətinin hər zaman normal olduğunu açıqlayıb. Hər ikimiz dostluğumuzun davam etdiyini bildirirk".

Sizin Reklam Yeriniz