Əlaqə Arxiv
news Image
2014.01.28
13:58
| A A A
Tolik od püskürdü: " Məgər Məhəbbət Kazımovun ölən günü ümummilli matəm günü idi ki..."
Dünən əməkdar artist Məhəbbət Kazımovun ölən günü xalq artisti Aygün Kazımovanın özünə təmtəraqlı ad günü keçirtməsi xalq artisti Mələykə Əsədovanı qəzəbləndirib. Bu məsələyə iradını bildirən aktrisa prodüsser Tolikin qəzəbinə tuş gəlib. Aygün Kazımovanın yaxın dostu və həmin gecənin təşkilatçısı Tolik Mövqe.az-a açıqlama verib: " 

Məhəbbət Kazımov sıravi bir müğənni, əməkdar artist idi. Hörmət etdiyimiz insandır. Mədəniyyət Nazirliyi məgər, Məhəbbət Kazımovun öldüyü günü ümummilli matəm günü elan etmişdi? Öləndən sonra bütün müğənnilər şişdirilir. O zaman sabah məndə öləndə ümummilli matəm günü elan edərsiniz də... Məhəbbət Kazımovun ölüm xəbərini mən mesajla Dj Çinaya yazmışam. Rəvan Qarayevin atası gəlib,  canlı yayımda çalıb-oxuyanda heç kim heç nə demirdi ? O, Məhəbbət Kazımovun ən yaxın dostu idi, bütün günü də yanında idi. Aygün Kazımova bəlkə Məhəbbət Kazımovu 3-4 dəfə görüb ya yox. Onu yazan Mələykə Əsədova olub. Amma deyir ki, mənim saytım deyil. Əgər onu yazan Məleykə olubsa ona demək istəyirəm ki, Şuşanın alınması günü çıxıb deyən ki, bugün əhvalım əladır, şadam. Bu sözləri deyən xalq artisti Aygünə niyə irad tutur? 

Məleykə Əsədova ora dəvət olunmamışdı. Dəvət olunsaydı heç belə söz deməzdi. Məleykənin orada nə işi var idi ki..."

Sizin Reklam Yeriniz