Əlaqə Arxiv
news Image
2014.01.28
15:10
| A A A
Elza Seyidcahan və jurnalist İntiqam arasında dava qızışdı - YENİLƏNİB
Müğənni Elza Seyidcahanın oğlu Ələkbərin jurnalist İntiqam Valehoğlunu hədələdiyi barədə məlumat vermişdik. Yanvar ayının 8-də "ANS" telekanalında yayımlanan "Adam içində" verilişində jurnalist və müğənninin sözü çəp gəlib və mübahisə düşüb. İntiqam Valehoğlunun fikirlərini az öncə nəzərinizə çatdırmışdıq. Lakin Elza Seyidcahanla əlaqə saxlaya bilməmişdik. 


Nəhayət ki, əməkdar artist Elza Seyidcahan Mövqe.az vasitəsilə məsələyə aydınlıq gətirib. Müğənni oğlu barədə deyilənləri təkzib edib. Müğənninin dediklərini olduğu kimi onun öz istəyi ilə nəzərinizə çatdırırıq: " O, birinci bizim ailəmizə gəlib, soxulub. Əsl cinayətkar elə onun özüdür" deyə sözünə başlayan müğənni bildirib: " Gül kimi balama şər atır. Mənim oğlum heç ağcaqanadın xətrinə dəyə bilmir. Ən azından o, Elza Seyidcahanın oğludur və musiqiçidir. Əgər söhbət adam öldürməkdən gedirsə, bəzi jurnalistlər insanı qatil edəcəklər. Çünki bəziləri gedib, sənətçilərin yataq otağlarına, ayaqyoluna, şəxsi həyatlarına o qədər müdaxilə edib, yalan yazırlar ki... Tanınmış insanları incidirlər. Mən də bir çox jurnalistləri tanıyıram, hörmət edirəm. Məndən xəbərsiz oğlum ona zəng edib. O, da oğlumla yaxşı danışıb. Hətta bildirib ki, gəl görüşək səndən də məqalə yazım. Mən oğluma dedim ki, nahaq zəng etmisəm. O, jurnalist də istəyir ki, biz gedək onun ailəsini araşdıtdıraq. O, bizə şər atdı. Deyir, oğlun haqqında çox şey bilirəm. Oğlum da zəng etdi, dedi ki, yerini bil. 

15 gün sonra zəng etməyi isə mən oğluma onun nömrəsini vermədim  o, özü axtarıb-tapdı. Kişidir, ona belə şeylər toxunur. Həmin verlişdən sonra bir çoxları zəng edib, oğluma dedi ki, sənin anan oradan necə lazımdır üzüağ, başı uca çıxdı.  Adam öldürən onun özüdür ki, belə söhbətlərə görə, insanların evində ölüm ola bilər".


***

Elza Seyidcahanın u fikirlərinə cavab olaraq jurnalist İntiqam Valeh oğlu Mövqe.az-a açıqlamasında bildirib: " Elza Seyidcahanın fikirlərini diqqətlə oxudum. Bir məqam diqqətimi çəkdi. "Bəzi jurnalistlər insanı qatil edəcəklər" kimi fikri deyən qadının övladından bundan artığını gözləmək olmazdı. Bu adam anlamaq istəmir ki, Azərbaycan kriminal aləmə aid yazılmamış qaydalarla yox, qanunlarla idarə olunur. Kiminsə yazdığı onu qane etmirsə, təhqir hesab edirsə, səssiz-səmirsiz versin məhkəməyə. Bir qadının fitnə xarakterli fikirləri nə qədər faciəvidir.


O ki qaldı oğlundan məqalə yazmaq məsələsinə, Ələkbər mənə dedi ki, sənətimdən niyə yazmırsan? Mən də dedim ki, əgər belədirsə yazaram. Amma bir daha deyirəm k, Ələkbəri anasına görə tanımışam. Yəni Elza Seyidcahanın oğlu kimi.


Ələkbər mənə dedi ki, ANS-dəki söhbətə görə evimizdə söz-söhbət, dava dalaş olub. Hələ ki, bunları açıqlayıram.


Xahiş edirəm, heç olmasa bu dəfə sussunlar. Daha onları reklam etməyəcəyəm".

Sizin Reklam Yeriniz