"Muhteşem Yüzyıl"ın ulduzu paparatzilərə tuş gəldi-FOTO
"Muhteşem Yüzyıl" serialının müvəffəqiyyətli aktrisalarından
biri olan Pelin Karahan ötən gün yenə alış-veriş edərkən
görüntülənib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki,
boşandıqdan sonra demək olar ki, hər gün alış-veriş mərkəzlərinə
gedən Karahan, Zorlu Centerdə paparatzilərə tuş gəldi. Gözəl
aktrisa son zamanlarda çıxan eşq xəbərləriylə əlaqədar sualları da
cavabsız qoyub.