"AzTV"nin keçmiş aparıcısı Esmira Çərkəzqızının üçəm körpələri Türkiyənin məşhur "Möhtəşəm Yüz il" serialında çəkiliblər.
Movqe.az-ın məlumatına görə,hazırda Türkiyədə yaşayan aparıcı
Lent.az-a açıqlama verərək bildirib ki, təklif onlar üçün
gözlənilməz olub:
"Sözün düzü, bu təklifi "Möhtəşəm Yüz il" serialının komandasından
gözləmirdim. Təklif mənim üçün sürpriz oldu. Belə ki, həmin filimin
rejissorları ekran işində rol almaq üçünüçəm körpə axtarırmış.
Uşaqlarımı dünyaya gətirdiyim "Acı badem" xəstəxanasından isə mənim
körpələrimin şəkillərini göstəriblər. Filmi çəkənlər də bəyənib
bizlə əlaqə saxladılar, danışdıq, razılaşdıq. Yanvarın əvvəllərində
çəkilişlər başladı və serialın dünənki bölümündə yayımlandı.
Aparıcı onu da əlavə edib ki, övladları ilə bağlı ona növbəti reklam təklifləri də gəlib.
Qeyd edək ki, türkiyəli hərbçi Tayyar Sayğılı ilə ailə quran S.Çərkəzqızının üçəm (2 oğlu, 1 qızı) övladı var.