Məşhur müğənni qorxulu anlar yaşadı
İstanbul gecələrində yayılan maddə asılısı uşaqların təcavüzünə
uğrayan məşhurlara yeni bir ad əlavə olundu. Mövqe.az türk
mətbuatına istinadən bildirir ki, Songül Öden və Ece Erkendən sonra
popçu Atiye də, bu hadisəyə məruz qalıb. Atası ilə Bebektə bir
restoranda 3 saata yaxın oturan Atiye, məkandan çıxdıqdan sonra
avtomobilinə minib. Müğənni oturduğu tərəfə doğru hücum edən
gənclərin şüşəyə vurması ilə qorxunu anlar yaşayıb.