Əlaqə Arxiv
news Image
2014.02.07
10:44
| A A A
Səbinə Babayeva zirvədəkilərdən oldu - VİDEO

Rejissor Nail Naiboğlunun rəhbəri olduğu "Zirvədəkilər" layihəsi ilk nominantı təqdim olunub. Movqe.az-ın məlumatına görə, nominant müğənni Səbinə Babayevanın ifa etdiyi "Getmə gəl" mahnısı seçilib. Artıq nominantın ifa etdiyi mahnıya çəkilən klip də sosial şəbəkələrdə geniş yayılıb.


Tamaşaçılar Səbinə Babayevaya "Zirvədəkilər" layihəsinin "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsində səs verə bilərlər.


Qeyd edək ki, "Zirvədəkilər" layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. 


Onu da əlavə edək ki, səsvermənin nəticəsində qaliblər mayda qala konsert proqramıyla çıxış etməklə mükafatlandırılacaqlar.



Sizin Reklam Yeriniz