Əlaqə Arxiv
news Image
2014.02.07
12:22
| A A A
Ağadadaş Ağayevin bardakı videosunu mətbuata kim yollayıb ? -VİDEO
Müğənni Ağadadaş Ağayevin restoranda "gözəlçələr"in ətrafında olan gizli çəkilişi barədə Mövqe.az-a müğənninin köməkçisi Əzizağa Qurbanov danışıb. Videonu şərh edən Əzizağa bəy bildirib: " Həmin yer bar, kafe deyil. Adi konsertdən sonra kulis arxası məkandır. Ağadadaş bəy fanat ordusu ilə konserti qeyd edir".

"Axı onlar fanata oxşamır" fikrinə müğənninin köməkçisi gülərək cavab verib: " Siz belə yazın xanım, mümkünsə".

"Hansı konsertdən sonra və həmin kulis arxası məkan haradır" sualına isə Əzizağa bəy belə cavab verib: " Çoxdan olduğu üçün dəqiq xatırlamıram".


"Belə fikirlər səslənir ki, həmin videonu mətbuata Ağadadaş Ağayevin 1-ci həyatyoldaşı yollayıb. Elə şey mümkündürmü" sualına Ə. Qurbanov belə cavab verib: " Xeyir, ola bilməz. Qəti".



Sizin Reklam Yeriniz