Əlaqə Arxiv
news Image
2014.02.07
18:18
| A A A
Anar Nəcəfli işdən çıxma səbəbini açıqladı

"Xəzər Xəbər"in aparıcısı Anar Nəcəfli  "Xəzər" televiziyasından ayrılıb. Mövqe.az xəbər verir ki, Anar Nəcəfli bu gün son dəfə "Xəzər xəbər" də tamaşaçılar ilə görüşüb, sağollaşacaq. Aparıcının 7 illik işlədiyi kanaldan ayrılma səbəbi hər kəsə maraqlı olsa da o, özü bu barədə belə deyib: " Bəzi saytlar işdən ayrılmağıma görə müxtəlif səbəblər gətirirlər. Qeyd edim ki, işdən kimləsə hər hansı bir münaqişəyə görə çıxmıram. Sadəcə olaraq bir az istirahət etmək qərarına gəldim. Bundan sonrasına isə baxarıq...".


Qeyd edək ki, bu gün "Xəzər TV"dən "Qafqazinfo"ya verilən məlumata görə, Anar Nəcəfli səhhətində yaranan problemlərə görə, rəhbərliyə işdən azad olunması ilə bağlı müraciət edib. Lakin Anar Nəcəfli özü bu faktı təsdiqləməyib. 

Sizin Reklam Yeriniz