Əlaqə Arxiv
news Image
2014.02.10
10:27
| A A A
Qalmaqallı boşanan Azər və Vüsalə qızlarını belə təbrik etdi...
Bu gün sevimli teleaparıcılar Azər və Vüsalə cütlüyünün övladı Diləyin 2 yaşı tamam olur. Boşanan cütlük hər ikisi ayrı-ayrılıqda qızlarını sosial şəbəkədə təbrik edib. Mövqe.az sizə əvvəlcə Vüsalə Əlizadənin təbrikini çatdırır: 


" Mən dünyaya üç dəfə gəlmişəm: birinci öz doğum günüm. İkinci xəstə olduğum və anamın öz parçasından bir hissəni mənə verib həyata qaytardığı gün, üçüncüsü isə ölümümü, hər şeyi gözə alıb, Diləyi dünyaya gətirib ana olduğum gün. Bu gün mənim həyat qaynağım, ciyər param, yaşam gücüm, cismim, ruhum, gözümün doğum günüdür. Onun gəlişi həyatımı dəyişdi. Amma bu dəyişiklik təkcə mənim üçün oldu. Bunu hiss etdiyim an bugünkü yaşam tərzimə qərar verdim. El qınağı bir tanınmış qadın üçün çətindir. Bircə onu bilirəm ki, Tanrımın sevimli bəndəsiyəm. Allahım məni boynubükük etmədi, bir sınaqdan alnıaçıq, üzüağ çıxdım. Balama canım qurban. Xoşbəxt ol, mənim həyatdakı arzum, diləyim... Mən gözümü sənin üçün yumdum, susdum, böyük qız olub, həyatı dərk edəndə hər şeyi başa düşəcək. Çox xoşbəxtəm ki, dünya yaraşıqlısı bir balam var".


İndi isə öz dediyinə görə, 9 aydır övladının üzünə həsrət qalan Azər İsmayılovun təbrikini sizin nəzərinizə çatdıraq: " Qızımın iki yaşı olur. Onu görməsəm də, çox sevirəm. Qızım, xoşbəxt ol! ".


Qeyd edək ki, az sonra Azər İsmayılovun qızı, ümumiyyətlə boşanması, nə vaxt evlənəcəyi, yeni layihəsi və s. maraqlı məqamlar barədə olan müsahibəsini Movqe.az - da oxuya biləcəksiniz. 




Sizin Reklam Yeriniz