Əlaqə Arxiv
news Image
2014.02.10
12:46
| A A A
Natəvan Həbibi “Zirvədəkilər”dən oldu - VİDEO

Daha bir tanınmış sima "Zirvədəkilər" layihəsinə qoşuldu. Movqe.az - ın məlumatına görə, o, müğənni Natəvan Həbibidir. Müğənni "Günəşdən qorxmadan" mahnısı ilə layihənin nominantı olub. Müğənnin ifa etdiyi adıçəkilən mahnıya çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb.

Tamaşaçılar Natəvan Həbibiyə "Zirvədəkilər" layihəsinin "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, "Zirvədəkilər" layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

Onu da əlavə edək ki, səsvermənin nəticəsində qaliblər mayda qala konsert proqramıyla çıxış etməklə mükafatlandırılacaqlar.


Sizin Reklam Yeriniz