“Şöhrət” ordenli xanəndə "Sarı gəlin"ə klip çəkdirəcək
Xalq artisti, "Şöhrət" ordenli xanəndə Nəzakət Teymurova yeni
klipini tamaşaçıların ixtiyarına verib. Movqe.az saytının
məlumatına görə, tanımış muğam ifaçı "Sarı gəlin" mahnısına klip
çəkdirib. Ekran işinin rejissoru Fuad Quliyevdir. Xanım xanəndə
ermənilən mənimsəmək istədiyi mahnıya klip çəkdirmə səbəbini də
açıqlayıb:
"Sarı gəlin"i bu günə qədər Azərbaycanın çox dəyərli ifaçıları ilə yanaşı, gənc müğənnilərimiz də ifa edib. Mən də bu əsərə müraciət etməyə bilməzdim. Bu mahnı bizim yaralı yerimizdir. Bildiyiniz kimi tez-tez xarici ölkələrdə oluruq. Hansı ölkəyə getməyimdən asılı olmayaraq, ilk ifa etdiyim mahnı "Sarı gəlin" olur. Mən vətənimə, xalqımıza çox bağlı olan bir ifaçıyam. Xeyli müddət böyük istəklərimdən biri o idi ki, simfonik orkestrin iştirakıyla ilə bu mahnını ifa edib. İstəyimə nail olduğum üçün məmnunam". "Sarı gəlin" klipini təqdim edirik:
http://www.video.az/ru/video/96152/nezaket-teymurova-sari-gelin