Əlaqə Arxiv
news Image
2014.02.10
15:55
| A A A
Rəqsanə 3 -cü həyatyoldaşının kimliyini niyə gizli saxlayır ?
Müğənni Rəqsanə İsmayılovanın 3-cü dəfə nikah masasına oturması haqqında xəbər vermişdik. Mövqe.az xəbər verir ki, təzəlikcə ailə qurub, əvvəlki nikahlarından 2 qız övladı olan Rəqsanə təzədən ana olmaq eşqinə düşüb. Bu barədə "Space" televiziyasında yayımlanan "Qonaqlıq" verlişində açıqlama verən müğənni bildirib: " Ana olmaq gözəl hissdi. Mən də 3-cü dəfə ana olmaq istəyirəm. Uşaqları çox sevirəm. Bəlkə də mən müğənni olmasaydım 6-7 uşağım olardı. Fiquramın pozulmağından da qorxmuram. Çünki onu tez bərpa edə bilirəm". 


Rəqsanə daha sonra kimliyini gizli saxladığı həyat yoldaşından da danışıb. Rəqsanə həyat yoldaşına "həyatım" deyə müraciət edib: " O, çox qısqanc insandı. Mən harasa getsəm, gələnə kimi zəng edir, axtarır. Vay o gündən ki, telefonuma zəng çatmasın... Dava düşür. Ümumiyyətlə davasız həyat maraqsız olar. İndi də şou-biznesin dava qırğınından qurtarıb, onun əlinə keçmişəm. Amma biz ailə qurmamışdan əvvəl o mənə iki şərt qoydu və mən də razılaşdım. Birinci onun kimliyini heç kəsə açıqlamamaq və ikincisi də qalmaqala baş qoşmamaq...".


Xatırladaq ki, "Space" televiziyasında hər bazar 09 : 45- də yayımlanan "Qonaqlıq"verlişinin informasiya dəstəyi Movqe.az saytına aiddir. Verlişin aparıcısı tanınmış jurnalist Tahirə Məmmədqızı, layihənin rəhbəri isə Elçin Əlibəylidir. 

Sizin Reklam Yeriniz