Məşhur kino ulduzlarının qızı həbs olundu
Movqe.Az bildirir ki, Demi Mur və Brus Uillisin 20 yaşındakı qızı Skout Uillis ABŞ-ın Nyu York şəhərində ictimai yerdə spirtli içki içdiyinə və polisə saxta şəxsiyyət təqdim etdiyinə görə həbs olunub.
1 gün sonra sərbəst qalan Skout Uillis, iyul ayının 31-də Manhattanda məhkəməyə çıxacaq.
Xatırladaq ki, ABŞ-da 21 yaşından kiçiklərin ictimai yerlərdə spirtli içki qəbul etmələri qadağandır.