Müğənni Vüqar
Muradov Fransaya səfər edəcək. Movqe.Az xəbər portalının məlumatına
görə, müğənni Fransada yaradıcılıq fəaliyyətini davam etdirən
məşhur müğənni Zayen ilə duet mahnı ifa edəcək. V.Muradov və
Zayenin ifa edəcəkləri mahnı "Baden Baden" adlanır. Müğənni mahnıya
çəkiləcək klipin Bakıda və Parisdə gerçəkləşəcəyini dedi: "Yaxın
aylarda Gülsel Səfərovanın rəhbəri olduğu Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə bir daha
Fransaya səfər edəcəyəm. Fransada yaradıcılıq fəaliyyətini davam
etdirən müğənni Zayen ilə "Baden Baden" mahnısının layihəsini
hazırlayırıq. İnşallah, həmin mahnını duet şəklində ifa edəcəyik.
Mahnıya Bakıda və Parisdə klip çəkdirəcəyik. İlk albomumu da
Fransada çıxarmağı düşünürəm".
V.Muradov onu da qeyd etdi ki, yaxın günlərdə ifa etdiyi "Tilsim" adlı mahnısına klip çəkdirəcək: "Bundan başqa, yaxın günlərdə ifa etdiyim "Tilsim" adlı mahnımın klip çəkilişlərinə başlayırıq. Klipin rejissoru Ceyhun İbrahimoğlu olacaq".
Müğənni şou-biznes nümayəndələri ilə dostluq etmədiyini və onun sosial şəbəkələrindəki səhifəlirinə hücum olunduğunu bildirdi: "Heç bir şou-biznes nümayəndəsi ilə dostluq etmirəm və etmək fikirim də yoxdur. Başımı aşağaı salıb işimi görürəm. Son vaxtlar mənim "odnoklassnik" və "facebook" sosial şəbəkələrində olan səhifələrimin şifrələrini ləğv edib, əxlaqsız sözlər yazıblar. Məni gözdən salmaq istəyirlər. Düşmənlərim çoxdur. Üzbəüz mübarizə aparmağa cürət etmirlər. Çünki mən Allahın izniylə onlar üçün çox güclüyəm. Kim nə edirsə, Allah qarşısında cavab verəcəklər", - V.Muradov dedi.
Fuad Mədətov