İstanbul Sarıyer Bələdiyyəsinin müfəttişləri ilyarımlıq
yoxlama zamanı məşhur müğənni Ajda Pekkanın Bahçəköy qəsəbəsində
yerləşən villasına layihəyə zidd əla
vələr etdiyini təsbit edib. Movqe.Az xəbər portalının Türkiyə
mətbuatına istinadən verdiyi məlumata görə, Müfəttişlər A.Pekkanın
villasının zirzəmisindəki, evin girişindəki və birinci
mərtəbələrdəki əlavələri diqqətdə saxlamaqla, o cümlədən, tavanı
nəzərdə tutulan ölçüdən artıq qaldırmaqla və villanın bağçasında
hovuz tikilməsini təsdiqləməklə "quruluş dəyişdirilmiş protokol"
rəsmi sənədini təsdiqləyərək, evi möhürləyiblər.
Nəticədə Bələdiyyə Şurası tərəfindən A.Pekkan cəzalandırılaraq, 25 min 752 Türkiyə lirəsi məğləğində ziyana məruz qalıb. Bu səbəblə müğənni prokurorluğa müraciət edib. O, istintaq daxilində verdiyi ifadəsində bildirib ki, villanı aldıqdan sonra heç bir dəyişiklik etməyib.
Sonda istintağı tamamlayan prokurorluq A.Pekkan haqqında təqib olunmamaq qərarı verib. Villanın keçmiş sahibi haqqında isə abadlıq çirkliliyinə səbəb olmaq cəzasından iddia olunub.
Fuad Mədətov